525.Az

Rusiyada zəlzələ


 

Rusiyada zəlzələ<b style="color:red"></b>

Bu gecə yerli vaxtla 06:54-də (Bakı vaxtı ilə 02:54) Rusiyanın İrkutsk vilayətində güclü zəlzələ baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, zəlzələnin episentri Bolşoye Qoloustnoye qəsəbəsindən 36 km aralı, Baykal gölündə yerləşib. 
5,6 bal gücündə titrəyiş İrkutsk şəhərində 3 bal gücündə hiss edilib.

Qeyd edək ki, zəlzələ nəticəsində dağıntı və tələfatın olmadığı bildirilir.

L.Tağıyeva

 





29.01.2025    çap et  çap et