Dalğalar Finlandiya çimərliklərinə mənşəyi və tərkibi məlum olmayan əşyalar çıxarıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, dolunu xatırladan əşyalar ilk dəfə Baltik dənizi sahilində yerləşən Hanko şəhərinin çimərliklərində müşahidə olunub.
Daha sonra "dolu" Tulliniem rayonu ərazisində də tapılıb.
Yerli hakimiyyət orqanları naməlum əşyanın insanlar üçün təhlükəli olmadığı bildirsə də, onlardan həmin çimərliklərə getməməyi və maddələrə toxunmamağı tövsiyə edib.
Qeyd edək ki, tapıntının tərkibi və mənşəyi laborator analizlərdən sonra məlum olacaq.
L.Tağıyeva
çap et