525.Az

ABŞ-də hərbi təyyarə qəzaya uğradı 


 

ABŞ-də hərbi təyyarə qəzaya uğradı <b style="color:red"></b>

Alyaskada 5-ci nəsil qırıcı F-35 təyyarəsi qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən ABŞ Hərbi Hava Qüvvələrinin "Eylson" bazasında baş verib.

Qəza nəticəsində təyyarə ciddi zədələnib. Hadisənin təfərrüatları barədə əlavə məlumat verilmir.

Qeyd edək ki, məlum olan bilgilərdın biri də pilotun sağ qalması və Bassett hərbi hospitalına yerləşdirilməsidir.

L.Tağıyeva

 





29.01.2025    çap et  çap et