525.Az

Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüş keçirilir - YENİLƏNİB


 

Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüş keçirilir - <b style="color:red"> YENİLƏNİB</b>

Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin II üçtərəfli görüşü keçirilir.

525.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında paylaşım edilib.

Qeyd edilib ki, iclasın gündəliyi xarici siyasət məsələləri və regional əməkdaşlıq, iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də əlaqəni inkişaf etdirməklə nəqliyyat və telekommunikasiya sahəsində əlaqələrin genişləndirilməsinə yönəlib.

***

Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin 2-ci üçtərəfli görüş başlayıb.

525.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, iclasda hər üç ölkənin xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirləri iştirak edirlər.

 





29.01.2025    çap et  çap et