525.Az

Britaniyadan Konqo  ilə bağlı çağırış


 

Britaniyadan Konqo  ilə bağlı çağırış<b style="color:red"></b>

Britaniyanın Xarici İşlər Nazirliyi özlərini "23 Mart Hərəkatı" (M23) adlandıran üsyançıların Konqo Demokratik Respublikasının şərqindəki işğalını pisləyib.

525.az xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Lamminin X  hesabında paylaşım edilib.

Nazir bəyan edib ki, ölkəsi müharibəni necəsə dayandırmaq üçün dünyanın diqqətini bu münaqişəyə yönəldəcək.

Nazir Ruanda prezidenti Paul Kaqameyə zəng edərək onu Kiqali və Kinşasanı danışıqlar masasına qaytarmaq üçün gərginliyi azaltmağa çağırıb.

Qeyd edək ki, M23 Ruanda tərəfindən dəstəklənir. London  Ruandanın hərbi müttəfiqidir.

Pərvanə Sultanova

 





29.01.2025    çap et  çap et