525.Az

Çində neft və qaz hasilatı ilk dəfə 400 milyon tonu keçib


 

Çində neft və qaz hasilatı ilk dəfə 400 milyon tonu keçib<b style="color:red"></b>

Çində xam neft və təbii qaz hasilatı 2024-cü ildə ilk dəfə olaraq 400 milyon ton neft ekvivalentini keçib.

525.az xəbər verir ki, bu barədə Çinin Dövlət Enerji Administrasiyasının məlumatında deyilir.

Açıqlamada vurğulayıb ki, ardıcıl 8 ildir ki, qeyd olunan enerji ehtiyatlarının illik hasilatının artımı 10 milyon tondan çox neft ekvivalenti səviyyəsində saxlanılır.

2024-cü ildə xam neft hasilatı 213 milyon ton təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 24 milyon ton çoxdur, təbii qaz hasilatı isə son altı ildə orta illik artımla 13 milyard kubmetrdən çox olmaqla 246,4 milyard kubmetrə çatıb. Dənizdə neft və qaz hasilatı, o cümlədən qeyri-ənənəvi mənbələrdən hasil edilən qaz və neft hasilatın artımının əsas amilinə çevrilib. Məsələn, Çində şist neft hasilatı 2024-cü ildə 6 milyon tona yüksəldi.

Bu arada, Çin Dövlət Enerji Administrasiyasının məlumatına görə, Çində şist qazı hasilatı 25 milyard kubmetri keçib.

Pərvanə Sultanova

 





29.01.2025    çap et  çap et