525.Az

Meksika Prezidenti: Dənizlərin necə adlandırıldığını "Google"a izah edəcəyik


 

Meksika Prezidenti: Dənizlərin necə adlandırıldığını "Google"a izah edəcəyik<b style="color:red"></b>

Meksika hökuməti “Google” korporasiyasına Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi ilə bağlı məktub göndərəcək və orada şirkətə belə bir qərarın əsassızlığını izah edəcək.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında bildirib.

“Biz “Google”a məktub göndərəcəyik, hansı təşkilatın beynəlxalq dənizlərə ad verdiyini, hansı adların kontinental şelfə uyğun olduğunu öyrənəcəklər”, - o deyib.

Şeynbaum qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi ilə bağlı fərmanı yalnız Amerika kontinental şelfinə aiddir və bu, bütün körfəzin şelfindən fərqli bir anlayışdır.

Xatırladaq ki, Amerikanın korporasiyası Coğrafi Adlar İnformasiya Sistemində (GNIS) müvafiq dəyişikliklərin görünməsindən dərhal sonra “Google Maps” xidmətində Meksika körfəzinin adını Amerika körfəzi ilə dəyişdiriləcəyini açıqlamışdı.

 





29.01.2025    çap et  çap et