525.Az

ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşdu - ölənlər var


 

ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşdu - <b style="color:red"> ölənlər var</b>

Vaşinqtonda Ronald Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi helikopterlə toqquşub.

525.az ABŞ mətbuatına istinadən xəbər verir ki, qəza yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə 06:00) baş verib.

Uçiçodan (Kanzas ştatı) gələn və göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olan "American Airlines" aviaşirkətinə məxsus "Bombardier CRJ700" təyyarəsi eniş edərkən havada "UH-60 Black Hawk" markalı helikopterə çırpılıb.

Nəticədə təyyarə Potomak çayı ərazisinə düşüb.

Əraziyə dərhal xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Xeyli insanın həlak olduğu bildirilir.

Qəza səbəbindən Ronald Reyqan hava limanı fəaliyyətini müvəqqəti dayandırıb.

Qeyd edək ki, qəzanın səbəbi araşdırılır, ölənlərin və yaralıların sayı, həmçinin, şəxsiyyətləri dəqiqləşdirilir.

L. Tağıyeva

 





30.01.2025    çap et  çap et