525.Az

Dünyada ən çox avtomobil satan şirkət


 

Dünyada ən çox avtomobil satan şirkət<b style="color:red"></b>

"Toyota Motors" 2024-cü ildə dünyada ən çox avtomobil satan şirkətdir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın ən böyük avtokonserni ötən il dünya üzrə 10 milyondan çox nəqliyyat vasitəsi satıb.

Dəqiq rəqəm 10 milyon 821 min 480-dir. 2023-cü illə müqayisədə "Toyota Motors" avtomobil satışı 3,7 faiz azalsa da, avtokonsern dünya bazarında ardıcıl 5-ci il liderliyini qoruya bilib.

İkinci yerdə 9 milyondan çox satışla Almaniyanın "Volkswagen"i qərarlaşıb. Bu şirkətin də satışı inişillə müqayisədə 2,3 faiz azalıb.
İlk "üçlüy"ü 7,23 avtomobillə Cənubi Koreyanın "Hyundai Motors"u qapayır. 

L.Tağıyeva

 





30.01.2025    çap et  çap et