525.Az

Kərgədanın qurbanı oldu


 

Kərgədanın qurbanı oldu<b style="color:red"></b>

Hindistanda kərgədan 56 yaşlı kişinin ölümünə səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə srağagün səhər Haltihuli-Haldibari adlandırılan ərazidə baş verib.

Kaziranqa milli parkı yaxınlığında gəzintiyə çıxan Bikram Lohar adlı şəxsə qəfildən kərgədan hücum edib. Sözün həqiqi mənasında onu çığnayan vəhşi kişiyə ölümcül xəsarətlər yetirib. 

Bokahate xəstəxanasına çatdırılan zərərçəkəni xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu, ərazidə son bir ayda baş verən ikinci faciədir. Dekabrda 30 yaşlı kişi kərgədanın qurbanı olmuşdu.

L.Tağıyeva

 





30.01.2025    çap et  çap et