525.Az

Vaşinqtonda təyyarənin qəzaya uğradığı yerdə 30-dan çox cəsəd tapılıb


 

Vaşinqtonda təyyarənin qəzaya uğradığı yerdə 30-dan çox cəsəd tapılıb<b style="color:red"></b>

Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşduğu ərazidən 30-dan çox adamın cəsədi çıxarılıb.

525.az xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb.

Qeyd olunub ki, toqquşmuş sərnişin təyyarəsi və hərbi helikopterin qalıqlarının batdığı Potomak çayında 30-dan çox cəsəd tapılıb.

Vaşinqtonda Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi və “Black hawk” hərbi helikopteri havada toqquşub. Qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib.

Pərvanə Sultanova

 





30.01.2025    çap et  çap et