525.Az

Ançelotti tarixi uğuru təkrarladı


 

Ançelotti tarixi uğuru təkrarladı<b style="color:red"></b>

"Real"ın baş məşqçisi Karlo Ançelotti klub tarixinin rekordunu təkrarlayıb.

QOL.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ötən gecə "Real" Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda "Brest"lə qarşılaşıb. Komanda rəqibini 3:0 hesabı ilə məğlub edib.

Həmin görüş "Real"ın Ançelottinin rəhbərliyi altında çıxdığı 71-ci ÇL matçı olub. Bu isə klub rekordunun təkrarlanması deməkdir.

Daha əvvəl İspaniya təmsilçisi Miqel Munyosun (1959, 1960-1974-cü illər) baş məşqçiliyi altında Çempionlar Liqasında 71 görüş keçirmişdi. 

Qeyd edək ki, "Real" Liqa mərhələsinin sıralamasında 11-ci yeri tutaraq pley-offa adlayıb. 

 





30.01.2025    çap et  çap et