525.Az

İsrail 110 fələstinli məhbusu azad etdi


 

İsrail 110 fələstinli məhbusu azad etdi<b style="color:red"></b>

 

İsrail həbsxanalarında saxlanılan 110 fələstinli məhbusu azad edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Qəzza bölgəsində əldə olunan atəşkəs razılaşması çərçivəsində həyata keçirilib.

Azad olunanlardan 32-i ömürlük, 48-i isə uzunmüddətli həbs cəzası alanlar, qalan 30-u isə həddi-buluğa çatmayanlardı.

Qeyd edək ki, bundan əvvəl daha 2 qrup məhbus azadlığa buraxılmışdı.

L.Tağıyeva

 





30.01.2025    çap et  çap et