Brüssel Hava Limanı hava hərəkətinə nəzarət sistemindəki nasazlıq səbəbindən ölkə daxilində uçuşların həyata keçirilə bilməyəcəyini açıqlayıb.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
“Texniki problemlər səbəbindən hazırda hava hərəkəti yoxdur”, - məlumatda bildirilir.
Vurğulanır ki, aeroport rəhbərliyinin hazırda ölkənin hava məkanının nə qədər müddətə bağlı qalacağı barədə məlumatı yoxdur.
çap et