525.Az

İsveç Ukraynaya 1,2 milyard dollarlıq hərbi yardım paketini açıqlayıb


 

İsveç Ukraynaya 1,2 milyard dollarlıq hərbi yardım paketini açıqlayıb<b style="color:red"></b>

İsveç Müdafiə Nazirliyi Ukraynaya 2022-ci ildən bəri ən böyük - 1,23 milyard dollardan çox dəyərində yardım paketinin ayrılmasına qərar verib.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Yunson mətbuat konfransı zamanı bildirib.

“Bu, İsveçdən Ukraynaya 18-ci yardım paketidir. Bu, həm də 2022-ci ilin fevralından İsveçin Ukraynaya verdiyi ən böyük yardım paketidir”, - o əlavə edib.

Nazir həmçinin qeyd edib ki, Ukraynanın uzaqmənzilli raket və dronlarının istehsalına təxminən 90 milyon dollar ayrılacaq.

 





30.01.2025    çap et  çap et