525.Az

"Qəbələ" iki futbolçusu ilə yollarını ayırıb - birini icarəyə verib


 

"Qəbələ" iki futbolçusu ilə yollarını ayırıb - <b style="color:red"> birini icarəyə verib</b>

"Qəbələ" klubu iki futbolçusu ilə yollarını ayırıb, birini isə icarəyə verib.

525.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi Vüqar Həsənov və hücumçu Laurent Mendi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hər iki futbolçu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinirdi.

“Qəbələ” akademiyasının yetirməsi Mehrac Baxşalı isə icarəyə verilib. 21 yaşlı yarımmüdafiəçi qarşıdakı 1,5 ildə “Mingəçevir”in formasını geyinəcək.

 





31.01.2025    çap et  çap et