525.Az

Azərbaycanda həbsdə olan “vəhhabi”lər “siyasi məhbus”durlar?


 

Azərbaycanda həbsdə olan “vəhhabi”lər “siyasi məhbus”durlar?<b style="color:red"></b>

Azərbaycanda həbsdə olan iki dindarın adı Kristofer Ştrasserin “siyasi məhbus” siyahısına salınıb.

Bu barədə APA-ya dindarların vəkili Cavanşir Süleymanov məlumat verib.
 
 Onun sözlərinə görə, Qusar rayon sakinləri Rahib Pirəliyev və Şərafəddin Mahmudov bu ilin avqust ayında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Mübarizə İdarəsinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilirlər. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan dindarların istintaqı hələ yekunlaşmayıb. Onların qanunsuz həbs edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib. Həmin müraciətlər əsasında onların adı AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin siyasi məhbus siyahısına daxil edilib. C. Süleymanov onların siyasi məhbus siyahısına düşməsi barədə məktub aldıqlarını qeyd edib: “Onların məsələsinə Avropa Şurası Parlament Assambleyasının gələn ilin yanvarında keçiriləcək iclasında baxılacaq”.
 
Qeyd edək ki, adları siyasi məhbus siyahısına daxil edilən şəxslərin hər ikisi “vəhhabi” təriqətinin üzvləridir. 

 





20.11.2012    çap et  çap et