525.Az

Bundestaq Ukraynaya 3 milyard avro yardımla bağlı qətnamə qəbul edib


 

Bundestaq Ukraynaya 3 milyard avro yardımla bağlı qətnamə qəbul edib<b style="color:red"></b>

Bundestaqın üzvləri Almaniya Azad Demokratik Partiyasının (ADP) qətnaməsini qəbul edərək, hökuməti dərhal Bundestaqın Büdcə Komitəsinə Ukraynaya dəstək məqsədilə gələcək tədbirlər üçün 3 milyard avroya qədər “planlaşdırılmamış xərclər” təklifini təqdim etməyə çağırıblar.

Bu barədə 525.az “Report” -a istinadən xəbər verir.

ADP-nin qətnaməsinin lehinə mühafizəkar Xristian Demokrat Birliyi və Xristian Sosial Birliyi (XDB/XSB) bloku səs verib.

“Almaniya üçün Alternativ”, “Sara Vaqenknextin İttifaqı - Ağıl və Ədalət Naminə” və sol partiyalar layihəyə qarşı çıxıblar.

Almaniya Sosial Demokrat Partiyası (ASDP) və “yaşıllar” partiyasından olan parlament üzvləri səsvermədə bitərəf qalıblar.

 





31.01.2025    çap et  çap et