525.Az

Futbol tarixinin ən yaxşı braziliyalıları


 

Futbol tarixinin ən yaxşı braziliyalıları<b style="color:red"></b>

Britaniyanın nüfuzlu “Give me Sport” nəşri futbol tarixinin ən yaxşı braziliyalı futbolçularının siyahısını hazırlayıb.

525.az xəbər verir ki, sıralamada ilk pilləni yeganə üçqat dünya çempionu olan əfsanəvi hücumçu Pele tutub. İkinci yerdə Braziliya millisi ilə iki dəfə dünya kubokunu qazanan və iki dəfə "Qızıl top"a layiq görülən məşhur forvard Ronaldodur. Qarrinça isə siyahının 3-cüsüdür.

Futbol tarixinin ən yaxşı braziliyalıları:

1. Pele

2. Ronaldo

3. Qarrinça

4. Ronaldinyo

5. Rivaldo

6. Romario

7. Neymar

8. Ziko

9. Didi

10. Jairzinyo

Xatırladaq ki, Neymar bu siyahıda hal-hazırda oynamağa davam edən yeganə oyunçudur. 32 yaşlı hücumçu bu yaxınlarda rəsmi olaraq sabiq klubu "Santos"a qayıdıb.

 





01.02.2025    çap et  çap et