525.Az

Ağdərədə evdə yanğın


 

Ağdərədə evdə yanğın<b style="color:red"></b>

Ağdərə rayonunda evdə yanğın olub

Fövqəladə Hallar Nazirliyindən 525.az-a verilən xəbərə görə, Ağdərə rayonunun Şıxarx kəndində ümumi sahəsi 77 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı və çardağının yanar konstruksiyaları 24 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 





02.02.2025    çap et  çap et