525.Az

“Aİ Ukraynaya 134 milyard avro yardım ayırıb” - Kallas


 

“Aİ Ukraynaya 134 milyard avro yardım ayırıb” - <b style="color:red"> Kallas</b>

Avropa İttifaqı (Aİ) 2022-ci ilin fevralından Ukraynaya 134 milyard avro yardım ayırıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə icma ölkələrinin səfirlərinin illik konfransında çıxışı zamanı bildirib.

“Biz artıq Ukraynaya 134 milyard avro yardım göstərmişik, o cümlədən, demək olar ki, 50 milyard avro hərbi yardım. Lakin biz yardımın azaldılmasından danışa bilmərik, onu artırmalıyıq”, - deyə o vurğulayıb.

Kallasın fikrincə, Ukrayna Aİ-nin əsas prioriteti olmalıdır.

İbrahim Cəfərov

 





03.02.2025    çap et  çap et