525.Az

AFFA rəhbərliyi Yunis Hüseynovu təbrik edib


 

AFFA rəhbərliyi Yunis Hüseynovu təbrik edib<b style="color:red"></b>

AFFA rəhbərliyi Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynovu 60 illik yubileyi münasibətilə təbrik edib.

QOL.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Y.Hüseynovla görüşərək ona federasiya adından təbrikləri çatdırıb, Azərbaycan millisinin 60 nömrəli formasını hədiyyə edib.

Qeyd edək ki, bu il fevralın 1-də Y.Hüseynovun 60 yaşı tamam olub.

Hüseynov futbolçu karyerası ərzində "Neftçi", "Kəpəz" və "ANS Pivani" klublarında oynayıb. O, baş məşqçi kimi isə "Karvan", "Standard", "Xəzər Lənkəran"da işləyib. Hazırda "Turan Tovuz"da baş məşqçinin köməkçisidir.

 





03.02.2025    çap et  çap et