525.Az

Tramp USAID-in taleyi barədə qərar verdi


 

Tramp USAID-in taleyi barədə <b style="color:red"> qərar verdi</b>

ABŞ prezidenti Donald Tramp Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) taleyi barədə qərar verib.

525.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Trampın qərarına əsasən, USAID Dövlət Departamentinə birləşdiriləcək.

Bundan başqa, Ağ Evin rəhbəri Agentliyin işçilərinin də ixtisarına qərar verib.

İslahatın dəqiq məzmunu yaxın günlərdə məlum olacaq.

Qeyd olunur ki, USAİD humanitar yardıma cavabdeh olmağa davam edəcək, lakin agentliyin maliyyəsi azaldılacaq.

İbrahim Cəfərov

 





04.02.2025    çap et  çap et