525.Az

Çinin Avropa ilə yükdaşımalarının həcmi artıb


 

Çinin Avropa ilə yükdaşımalarının həcmi artıb<b style="color:red"></b>

Bu ilin yanvar ayının yekunlarına görə, Çinin Sincan-Uyğur Muxtar Rayonunda Alaşankou dəmir yolu sərhəd keçid məntəqəsində daşınan yüklərin həcmi 12,2 faiz artaraq 1,5 milyon tonu ötüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu keçid məntəqəsindən idxalı əsasən dağ-mədən sənayesi məhsulları, ixracı isə elektromexaniki vasitələr, yüksək texnologiyalı məhsullar təşkil edir.

Yerli hakimiyyət orqanları qeyd ediblər ki, yükdaşımaların həcminin artması keçid məntəqəsində rəqəmsallaşmanın səviyyəsinin yüksəldilməsi, habelə gömrük xidməti, dəmir yolu idarəsi və sərhəd nəzarəti xidməti arasında koordinasiyalı tədbirlərdir. Bütün bunlar da  Çin-Avropa beynəlxalq dəmiryolu ilə yük daşımaları çərçivəsində marşrutlar üzrə hərəkət edən yük qatarları üçün gömrük rəsmiləşdirilməsinin yüksək effektivliyini təmin edib.

Hazırda Alaşankou keçid məntəqəsindən 123 Çin-Avropa marşrutu keçir və Çini Almaniya və Polşa da daxil olmaqla 21 ölkə ilə birləşdirir. Daşınan malların çeşidinə 200-dən çox mal, o cümlədən avtomobillər və avtomobil hissələri, həmçinin pambıq iplik və ağac daxildir.

Pərvanə Sultanova

 





04.02.2025    çap et  çap et