525.Az

İsveçdə məktəb ərazisində atışma


 

İsveçdə məktəb ərazisində atışma<b style="color:red"></b>

Erebru şəhərində "Campus Risbergska" məktəbinin ərazisində silahlı insident yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.

Nəticədə 5 nəfər yaralanıb. Ərazini nəzarətə götürən polis insanlardan hadisə baş verən yerdən uzaq olmağı məsləhət görüb. Cinayətkarın axtarışı davam edir.

Qeyd edək ki, sosial şəbəkələrdə yazılanlara görə, insidenti törədən şəxs intihar edib. Hələlik polis hadisə barədə hər hansı rəsmi məlumat paylaşmayıb.

L.Tağıyeva

 





04.02.2025    çap et  çap et