525.Az

"Neftçi" "Kəpəz"lə oyuna 6 itki ilə çıxacaq


 

"Neftçi" "Kəpəz"lə oyuna 6 itki ilə çıxacaq<b style="color:red"></b>

"Neftçi" Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı “Kəpəz”lə ilk oyunun hazırlığını başa vurub. 

QOL.az xəbər verir ki, bu barədəm Bakı klubunun mətbuat xidməti məlumat yayıb. 

"Ağ-qaralar"ın hələ də bərpa dövrü keçən futbolçuları – Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo ilə yanaşı, “Şamaxı” ilə oyunda zədələnən Edvin Kuç və Andrey Ştoqrin, həmçinin səhhəti ilə əlaqədar Azər Əliyev də kubok görüşünü buraxacaqlar.

Qeyd edək ki, fevralın 5-də keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu saat 16:00-da başlanacaq.

 





04.02.2025    çap et  çap et