525.Az

NATO-nun keçmiş baş katibinin yeni iş yeri müəyyənləşdi


 

NATO-nun keçmiş baş katibinin <b style="color:red"> yeni iş yeri müəyyənləşdi</b>

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Norveçin maliyyə naziri təyin olunub.

525.az xəbər verir ki, bu barədə NRK nəşri məlumat yayıb. O, bu postda Tryuqve Vedumu əvəzləyib.

Xatırladaq ki, Yens Stoltenberq Osloda dünyaya gəlib. Karyerasını da məhz Norveçdə qurmağa başlayıb. O, Norveç İşçi Partiyasının üzvüdür. 1993-1996-cı illərdə Norveçin sənaye və energetika, növbəti 1 ildə isə maliyyə naziri vəzifəsində çalışıb. O, 2000-2001 və 2005-2013-cü illərdə Norveçin Baş naziri olub. Bundan sonra isə NATO-nun baş katibi təyin edilib.

2022-ci ildə Stoltenberq Norveç Mərkəzi Bankının rəhbəri vəzifəsini tutmalı idi, lakin Ukraynadakı vəziyyətlə əlaqədar onun səlahiyyət müddəti uzadıldı və ötən ilin payızında NATO-dakı postundan ayrıldı.

İbrahim Cəfərov

 





05.02.2025    çap et  çap et