525.Az

“Türkiyə Suriyanın yenidən qurulmasında lazımi dəstəyi verəcək” - Ərdoğan


 

“Türkiyə Suriyanın yenidən qurulmasında lazımi dəstəyi verəcək” - <b style="color:red"> Ərdoğan</b>

Türkiyə Suriyanın yenidən qurulmasında lazımi dəstəyi verəcək.

525.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Ankara qardaşlarını ən ümidsiz və çətin şəraitdə tək qoymayacaq və onlara dəstək olacaq.

“Biz Suriyanın yenidən qurulmasında ona hər cür dəstəyi verəcəyik”, - deyə Ərdoğan Ankarada keçid dövründə Suriyanın prezidenti vəzifəsini icra edən Əhməd əş-Şaraa ilə danışıqlardan sonra bildirib.

Xatırladaq ki, daha əvvəl yayılan xəbərə görə, Türkiyə prezidenti müsəlmanların müqəddəs Ramazan ayı ərəfəsində Suriyaya səfər etməyi planlaşdırır.

İbrahim Cəfərov

 





05.02.2025    çap et  çap et