525.Az

Daha milli üçün böyük mükafat verilməyəcək


 

Daha milli üçün böyük mükafat verilməyəcək<b style="color:red"></b>

 AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində milli komandaya yenə də yüksək mükafatlar veriləcəyinin mümkünlüyünə dair sualı cavablandırıb.

QOL.az xəbər verir ki, o, qısaca olaraq bildirib ki, milli komandaya böyük məbləğdə bonuslar verilməyəcək:

"Hazırda milli komandaya böyük məbləğdə bonuslar verilmir. Qısa olaraq onu da deyim ki, belə bonusların verilməsi də nəzərdə tutulmayıb".

Qeyd edək ki, milli komandanın üzvlərinə indiyə qədər yüksək məbləğdə bonuslar verilirdi. Hətta millinin məğlub olduğu bəzi oyunlarda da komanda mükafat alırdı.

 





05.02.2025    çap et  çap et