525.Az

Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib


 

Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib<b style="color:red"></b>

Kreml Tramp administrasiyası ilə təmasları təsdiqləyib.

525.az APA-ya istinadən  xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin yeni prezident administrasiyası ilə Kreml arasında təmaslarla bağlı suala cavab verib.

“Bunlar barədə ancaq bunu deyə bilərəm: ayrı-ayrı qurumlarımız arasında təmaslar həqiqətən mövcuddur. Onlar son vaxtlar güclənib. Başqa təfərrüat verə bilmərəm”, - deyə Kremlin sözçüsü bildirib.

 





05.02.2025    çap et  çap et