ABŞ-də naməlum şəxslər yumurta daşıyan yük avtomobilindən 100 min yumurta oğurlayıblar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Pensilvaniya ştatında baş verib.
Oğruların izi düşmək mümkün olmayıb. Malın sahibi olan "Pete & Gerry's Organics" şirkətinin verdiyi məlumata görə, oğrular 40 min dollarlıq malla birgə yoxa çıxıblar.
Qeyd edək ki, polis son vaxtlar yumurta oğurluğunun adi hala çevrildiyini bildirib. Buna da səbəb ABŞ-də yumurtanın orta illik qiymətinin 65 faiz artmasıdır.
L.Tağıyeva
çap et