525.Az

“Mirage 2000” təyyarələrinin ilk partiyası Ukraynaya çatdırılıb


 

“Mirage 2000” təyyarələrinin ilk partiyası Ukraynaya çatdırılıb<b style="color:red"></b>

Fransa istehsalı olan “Mirage 2000” təyyarələrinin ilk partiyası Ukraynaya çatdırılıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Fransa silahlı qüvvələrinin naziri Sebastyen Lekornu sosial şəbəkələrdə məlumat verib.

"2024-cü il iyunun 6-da Fransa Prezidenti Emmanuel Makron Ukraynaya “Mirage 2000” təyyarələrinin tədarük ediləcəyini bəyan etmişdi. Bu gün ilk təyyarələr Ukraynaya çatdırılıb", - o bildirib.

Onun sözlərinə görə, təyyarələri Fransada təlim keçmiş Ukrayna pilotları idarə edir.

 





06.02.2025    çap et  çap et