525.Az

Tokayev və Kobaxidze Qazaxıstan-Gürcüstan əməkdaşlığının inkişafını müzakirə ediblər


 

Tokayev və Kobaxidze Qazaxıstan-Gürcüstan əməkdaşlığının inkişafını müzakirə ediblər<b style="color:red"></b>

Gürcüstanla Qazaxıstan arasında sıx əməkdaşlıq regionda davamlı artım və sabitliyin əldə olunması üçün mühüm əhəmiyyət kəsb edir.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların nəticələrinə dair sosial şəbəkələrdə bildirib.

"Mən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələrdə çoxşaxəli tərəfdaşlığa dair səmərəli danışıqlar apardım. Qazaxıstan tərəfinin əməkdaşlığın dərinləşdirilməsinə olan marağına görə minnətdaram", - İ.Kobaxidze qeyd edib.

 





06.02.2025    çap et  çap et