525.Az

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq


 

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq<b style="color:red"></b>

Fransa Senatı 2025-ci il üçün büdcəni təsdiqləyib və onu Konstitusiya Şurasına göndərib.

525.az “Report” a istinadən xəbər verir ki, şuranın təsdiqindən sonra prezident Emmanuel Makron qanun layihəsini imzalaya biləcək.

Büdcə 2025-ci ildə kəsirin 5,4 %-ə qədər azaldılmasını nəzərdə tutur. Bu da dövlət xərclərinin azaldılması və zəngin vətəndaşlar, eləcə də korporasiyalar üçün vergilərin artırılması hesabına əldə ediləcək. Eyni zamanda, büdcədə hərbi xərclərin 2024-cü illə müqayisədə 3,3 milyard avro artırılması nəzərdə tutulur.

Agentlik qeyd edib ki, baş nazir Fransua Bayru xüsusi konstitusiya səlahiyyətlərindən istifadə edərək qanun layihəsini irəli sürüb. Çünki onun sələfi 2024-cü ildə qanun layihəsinin qəbul edilməsinə nail ola bilməyib. Bu, müxtəlif siyasi qüvvələrlə çoxhəftəlik müzakirələr fonunda baş verib.

"Bir saniyə belə itirmək olmaz", - büdcənin yekun mətnini müzakirə edən qanunvericilərin qrupunu təmsil edən senator Jan-Fransua Yusson bildirib.

Qanun layihəsinin lehinə 219, əleyhinə 107 senator səs verib.

Beləliklə, qanun layihəsi qəbul edilmiş hesab olunur.

 





06.02.2025    çap et  çap et