525.Az

Neymar 12 ildən sonra "Santos"da oyuna çıxdı


 

Neymar 12 ildən sonra "Santos"da oyuna çıxdı<b style="color:red"></b>

12 ildən sonra “Santos”a qayıdan Neymar Braziliya klubu ilə ilk oyuna çıxıb.

QOL.az xəbər verir ki, o, Paulista liqasında “Botafoqo” ilə matçda iştirak edib.

Neymar 1:1 hesabı ilə başa çatan matçın 46-cı dəqiqəsində - komandası hesabda öndə olarkən meydana çıxıb.

Qeyd edək ki,  "Santos"un yetirməsi olan Neymar 2009-2013-cü illərdə bu klubun əsas komandasında çıxış edib. O, daha sonra “Barselona”, PSJ və “Əl Hilal”da oynayıb.

 





06.02.2025    çap et  çap et