525.Az

Hər gün çirkli havaya görə 100 uşaq dünyasını dəyişir


 

Hər gün çirkli havaya görə 100 uşaq dünyasını dəyişir<b style="color:red"></b>

Çirkli havaya görə hər gün Şərqi Asiya və Sakit okean hövzəsi ölkələrində 5 yaşına kimi 100-dən çox uşaq ölür.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun hazırladığı hesabatda deyilir.

Əsasən sözügedən bölgədə yanvar-mart aylarında, quraqlıq dövründə havanın çirklınməsi pik həddinə çatır.

Bu ərazidə yerləşən ölkələrdə isə 500 milyon uşaq yaşayır.

Qeyd edək ki, hesabatda havası çirklənmiş bölgədə 5 yaşına çatmamış hər 4 uşaqdan birinin sözügedən səbəbdən dünyasını dəyişdiyi də öz əksini tapıb.

L.Tağıyeva

 





06.02.2025    çap et  çap et