525.Az

İstanbulda ikimərtəbəli fabrik binasında yanğın baş verib


 

İstanbulda ikimərtəbəli fabrik binasında yanğın baş verib<b style="color:red"></b>

İstanbulun Başakşehir sənaye zonasında rezin istehsalı fabrikinin ikimərtəbəli binasında yanğın baş verib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Yanğınsöndürənlər binanın damında köməksiz vəziyyətdə qalan üç nəfəri xilas edə biliblər.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və tibbi briqada gəlib. Yanğının söndürülməsinə 66 nəfər və 19 texnika cəlb olunub.

Yanğının səbəbləri müəyyənləşməyib.

 





07.02.2025    çap et  çap et