525.Az

Beynəlxalq Cinayət Məhkəməsi qərəzli alətə çevrilib - Siyatro


 

Beynəlxalq Cinayət Məhkəməsi qərəzli alətə çevrilib - <b style="color:red"> Siyatro</b>

ABŞ prezidenti Donald Trampın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq etməsi tamamilə başadüşüləndir.

525.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Sijarto deyib.
Onun sözlərinə görə, Beynəlxalq Cinayət Məhkəməsinin hərəkətləri dünyanın onsuz da çətin vəziyyətdə olan hissələrində qeyri-sabitliyi daha da gücləndirib.
“Bu qurum qərəzli siyasi alətə çevrilib və bütün beynəlxalq məhkəmə sistemini nüfuzdan salıb”, - XİN başçısı əlavə edib.
Bundan əvvəl Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan sərəncam imzalayıb.

Pərvanə Sutanova

 





07.02.2025    çap et  çap et