525.Az

Braziliyada kiçik mühərrikli təyyarə sərnişin avtobusu ilə toqquşub


 

Braziliyada kiçik mühərrikli təyyarə sərnişin avtobusu ilə toqquşub<b style="color:red"></b>

San-Pauluda şəhər prospektlərinin birinə qəza enişi edən 8 yerli "King Air F90" təyyarəsi sərnişin avtobusuna çırpılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli vaxtla 07:20-də (Bakı vaxtı ilə 14:20) hər iki nəqliyyat vasitəsi ciddi xəsarət alıb.

Avtobusun qabaq hissəsi tamam dağılıb. Təyyarədə isa yanğın başlayıb.

Qeyd edək ki, qəza nəticəsində təyyarədə olan 2 nəfər həlak olub. Avtobusun qadın sərnişini, həmçinin, yaxınlıqdan keçən motosikletçi ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

L.Tağıyeva

 





07.02.2025    çap et  çap et