“Turan Tovuz” növbəti transferini reallaşdırıb.
525.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Hayderson Hurtado Palomino heyətə cəlb olunub. 29 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə bağlanılıb.
Peşəkar karyerasına Braziliyada başlayan kolumbiyalı futbolçu karyerası ərzində Braziliyanın “Genus”, “İtarare”, “Azuriz”, “Parana”, Slovakiyanın “Sered”, “Skalitsa” klublarının şərəfini qoruyub. Hayderson Hurtado son olaraq Çexiya “Yablonets”inin formasını geyinib.