525.Az

Fransada qayalar yola düşüb, 1000-dən çox insan tıxacda qalıb


 

Fransada qayalar yola düşüb, 1000-dən çox insan tıxacda qalıb<b style="color:red"></b>

Fransanın cənub-şərqində Savoya departamentində magistral yola qayaların düşməsi nəticəsində 1000-dən çox insan tıxacda qalıb.

525.az xarici mediaya əsasən xəbər verir ki, yerli KİV-in məlumatına görə, dünən ölkənin Savoya əyalətindəki istirahət mərkəzlərinə çıxışı təmin edən RN90 magistralına üç böyük qaya düşüb.

Avtomobil sürücüsünün yüngül şəkildə yaralandığı hadisədə yol hərəkəti dayanıb və kilometrlərlə avtomobil növbəsi yaranıb.

Hadisə ilə əlaqədar 1000-dən çox insan yaxınlıqdakı şəhərlərdəki qaçqın mərkəzlərində gecələmək məcburiyyətində qalıb.

Savoya Qubernatorluğu magistral yolda zədələnmiş təmir işlərinin davam etdiyini və nəqliyyatın normal vəziyyətə düşməsinin bir neçə gün çəkəcəyini açıqlayıb.

Malik Atilay 

 





03.02.2025    çap et  çap et