Filippinin Nueva Ecija əyalətinin Quimba rayonunda helikopterin qəzaya uğrayıb və pilot ölüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Mülki Aviasiya İdarəsinin (CAAP) sözçüsü Erik Apolonio şəxsi helikopterin Maniladan Baqioya yola düşdüyünü bildirib.
Apolonio bildirib ki, helikopter yerli vaxtla saat 17:00 radələrində tək sərnişinini düşürdükdən sonra geri dönərkən Nueva Ecijanın Quimba rayonunda qəzaya uğrayıb.
Qəzada pilotun həyatını itirdiyini bildirən Apolonio, yanacaq doldurmaq üçün Binalonan Hava Limanında dayandıqdan sonra vertolyotun mühərrikinin qalxma zamanı işləməkdə çətinlik çəkdiyini öyrəndiklərini bildirib.
Həmçinin, Apolonio qəza ilə bağlı araşdırmaya başlanıldığını qeyd edib.
Malik Atilay
çap et