525.Az

ABŞ-nin internet nəhəngi "Google" Çinin hədəfindədir


 

ABŞ-nin internet nəhəngi "Google" Çinin hədəfindədir<b style="color:red"></b>

Çin və ABŞ arasında artan iqtisadi və texnoloji rəqabətin və ticarət gərginliyinin son qurbanlarından biri dünyanın ən böyük internet şirkətlərindən biri olan Google olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Dövlət Bazar Tənzimləmə İdarəsi, antiinhisar qaydalarını pozduğu üçün Google-a qarşı araşdırma başlatdığını açıqlayıb.

ABŞ prezidenti Donald Trampın Çinə tətbiq etdiyi əlavə 10 faizlik gömrük rüsumlarına cavab olaraq Pekin administrasiyası tərəfindən görülən bir sıra ehtiyat tədbirləri ilə birlikdə şirkətlə bağlı araşdırma elan edilib.

Qeyd edək ki, Google-un hansı hərəkətlərə görə araşdırıldığı hələlik açıqlanmayıb.

Malik Atilay 

 





04.02.2025    çap et  çap et