525.Az

İsveçdə məktəbə hücumda ölənlərin sayı 11-ə çatıb


 

İsveçdə məktəbə hücumda ölənlərin sayı 11-ə çatıb<b style="color:red"></b>

İsveçin Örebro şəhərində məktəbə silahlı hücum nəticəsində 11 nəfərin öldüyü açıqlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Örebro polis rəisi Roberto Eid Forest hücumda ölənlərin sayının 11-ə yüksəldiyi və şəxsiyyəti müəyyənləşdirmə işlərinin davam etdiyi barədə məlumatı paylaşıb.

“Aftonbaldet” qəzeti hücum edənin 35 yaşlı İsveç vətəndaşı olduğunu və psixoloji pozuntusu olduğunu yazıb. Xəbərdə sözügedən şəxsin silah vəsiqəsi olduğu və ötən il soyadını dəyişdiyi də bildirilib.

Yerli mətbuatda yer alan digər xəbərlərdə isə ölənlərin sayının arta biləcəyi və ən azı 5 nəfərin ağır yaralandığı bildirilib.

Sözügedən hücumun İsveçdə yaşayan mühacirləri hədəf aldığına dair şərhlər edilib.

Malik Atilay 

 





05.02.2025    çap et  çap et