525.Az

“Bakı Metropoliteni”nin kommunikasiya departamentinə yeni rəis təyin olunub


 

“Bakı Metropoliteni”nin kommunikasiya departamentinə yeni rəis təyin olunub<b style="color:red"></b>

Şaban Kamal oğlu İmkani “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyin edilib.

525.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, Şaban İmkani 1985-ci ildə anadan olub.

2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsində təhsil alıb.

2008-2020-ci illərdə Azərfon şirkətində müştərilərlə əlaqələr və marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə, 2020-2024-cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışıb.

2022-2023- cü illərdə Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil mərkəzində Əlaqə mərkəzi mövzusunda pedaqoji fəaliyyətlə məşğul olub.

 





08.02.2025    çap et  çap et