525.Az

ABŞ-də Trampın immiqrasiya siyasətinə etirazlar


 

ABŞ-də Trampın immiqrasiya siyasətinə etirazlar<b style="color:red"></b>

ABŞ-də minlərlə insan prezident Donald Trampın vəzifəyə gəldiyi gündən bəri onun mühacirlərlə bağlı siyasətinə qarşı ştatlarda etiraz aksiyaları keçirib.

525.az xarici mediaya istinadən xəbər verir ki, “New York Times”ın (NYT) məlumatına görə, “1 gündə 50 ştatda 50 etiraz aksiyası” mənasını verən 50501 nömrəli hashtag ilə sosial media platformaları üzərindən təşkilatlanan etirazçılar günortadan sonra ştatlarda Konqres və şəhər binaları qarşısında toplaşmağa başlayıb.

Minlərlə insan Trampın vəzifəyə gəldikdən sonra həyata keçirdiyi “antimiqrant hüquqları” siyasətlərinə və “müxtəliflik, bərabərlik və inklüzivlik” praktikalarına qarşı genişmiqyaslı etiraz aksiyaları keçirmək üçün oraya toplaşıb.

Etirazçılar Trampın vəzifəyə gəldikdən sonra yürütdüyü siyasətlərə və respublikaçı siyasətçilərin qəbul etdiyi “Layihə 2025”ə qarşı toplaşdıqlarını bildiriblər.

Malik Atilay 

 





06.02.2025    çap et  çap et