525.Az

Zelenski: Kurskda komanda məntəqəsinin vurulması nəticəsində azı 20 zabit ölüb


 

Zelenski: Kurskda komanda məntəqəsinin vurulması nəticəsində azı 20 zabit ölüb<b style="color:red"></b>

Ukrayna hərbçiləri fevralın 3-də Kursk vilayətində komanda məntəqəsinə zərbələr endirib, nəticədə qarşı tərəfdən azı 20 zabit ölüb.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Orada sadəcə, komanda məntəqəsi vuruldu. 2,5 kilometr yol getməzdən əvvəl bizimkilər Kurskdakı komanda məntəqəsini vurdular. Orada azı 20 zabit öldürülüb. Onların arasında Şimali Koreya və Rusiyanın yüksək rütbəli hərbçiləri də var”, - o deyib.

 





08.02.2025    çap et  çap et