525.Az

Çində torpaq sürüşməsi nəticəsində 30-dan çox insan itkin düşüb


 

Çində torpaq sürüşməsi nəticəsində 30-dan çox insan itkin düşüb<b style="color:red"></b>

Çinin cənub-qərbindəki Siçuan əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 30-dan çox insan itkin düşüb.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Hadisə İbin şəhərindəki qəsəbələrdən birində baş verib. Torpaq sürüşməsi 10 evi məhv edib.

Bildirilir ki, Çin Prezidenti Si Cinpin itkilərin qarşısını almaq üçün bütün mümkün tədbirlərin görülməsini əmr edib. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

 





08.02.2025    çap et  çap et