525.Az

Tramp Putinlə Ukraynanı müzakirə etdi


 

Tramp Putinlə Ukraynanı müzakirə etdi<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışdığını bildirib.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin "New York Post" tabloidi Ağ Ev rəhbərinin özünə istinadən məlumat yayıb.

“Prezident Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışıb, Ukrayna ilə müharibəyə son qoymaq üçün danışıqlar aparıb”, - nəşr yazır.

“Mən susmağı üstün tuturam”, - nəşr onun sözlərindən sitat gətirib.

Ağ Ev rəhbəri bir daha Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək üçün konkret planı olduğunu vurğulayıb, ancaq heç bir təfərrüat açıqlamayıb.

 





09.02.2025    çap et  çap et