525.Az

Mərakeş və İraq Suriyanın ərazi bütövlüyünü dəstəkləyib


 

Mərakeş və İraq Suriyanın ərazi bütövlüyünü dəstəkləyib<b style="color:red"></b>

Mərakeş və İraqın xarici işlər nazirləri Naser Burita və Fuad Huseyn Rabatda keçirilən görüşdə bir sıra aktual regional məsələləri, o cümlədən Suriyada hakim rejimin dəyişilməsindən sonra vəziyyəti müzakirə ediblər.

525.az bu barədə "Report"a istinadən xəbər verir.

“İki tərəf arasında danışıqlar Suriyanın ərazi bütövlüyü və milli suverenliyinə, eləcə də Suriya xalqının birliyinə hörmət məsələsi ilə bağlı fikirlərin üst-üstə düşdüyünü üzə çıxarıb”, - məqalədə qeyd edilir.

Burita və Hüseyn Suriyanı istisnasız olaraq bütün suriyalıları birləşdirən milli birlik çərçivəsində dinc, sabit və firavan görmək istədiklərini bildiriblər.

 





09.02.2025    çap et  çap et